X
تبلیغات
سئوگیمیز قسمته قالدی ، . . . -

سئوگیمیز قسمته قالدی ، . . .

سئوگی مکتوبلاری



Mən səni unuda bilmirəm axı

Mən səni unuda bilmirəm, axı
unutsam nələri unudam gərək
göylərə baxmışıq aylı gecədə
unutsam göyləri unudam gərək!

Dənizi unudum, ya dalğaları?
xatirən yadımdan çıxaydı barı
payızda xəzanı, qışdasa qarı
baharda gülləri unudam gərək!

De, necə unudum mən səni, necə?
sevgi durna deyil payızda köçə
yuxuma gəlirsən mənim hər gecə
ayları, illəri unudam gərək!

Sənin xəyalındır həsrətlə baxan
adındır hər saat qarşıma çıxan
qarışıb şəklinə gözümdən axan
yağışı, selləri unudam gərək!

Sinəmdə peşiman ürəyim qaldı
uçdun əllərimdə lələyin qaldı
nələri itirib, bax nəyim qaldı
nələri, nələri unudam gərək!



Oğru olmaq istəyirəm

Qoy milislər eşitməsin,
Qorxulu bir sirr deyirəm:
Çoxdandir ki, bir arzum var,
Oğru olmaq istəyirəm!...

İnsanların arasından
Əqidəsiz adamları,
Vicdanını pula satan
nadanları
Oğurlamaq istəyirəm!

Bu torpağın gündən-günə
Niyə artır dərdi-səri...
Dövlətlərin arasından sərhədləri
Oğurlamaq istəyirəm!

Axı, nə iş görmüşəm ki,
Oğurluq da işdi barı.
Mən anamın sifətinə
Vaxtsız düşmüş qırışları
Oğurlamaq istəyirəm!...

Birisini yıxmaq üçün
İkisinin ülfətini,
İnsanların ürəyindən
Hər kinini, nifrətini,
Yalanını bundan ona,
Ondan buna satanları,
İki sevən arasından
O üçüncü adamları
Oğurlamaq istəyirəm!

Araz axır...
O taydan da insan baxır,
Bu taydan da insan baxır,
Neçə milyon gözüyaşlı əzizimi,
O həsrətli Təbrizimi
Oğurlamaq istəyirəm!

İndi neçə dövlətlərdən
Məzlumların ah-zarını,
Yad torpaqda yatıb qalan,
Əsrlərin arxasından
Qollarını çatıb qalan
Kərbəladan Füzulinin,
Hələbdənsə Nəsiminin məzarını
Oğurlamaq istəyirəm!

Nə gizlədək, bilir hamı
Tonqal qatıb yandırırlar
bu cahanı.
Qəlbim deyir:
“Bir azəri məsəlini yadina sal:
“Oğrudan-oğruya halal...”
Prometey oğurlayıb
İnsanlara verən odu
Oğurlamaq istəyirəm!

Lap qəzəbi tutsa belə
Yerin mənə, göyün mənə
Nə deyirsiz, deyin mənə
Oğru olmaq istəyirəm !!!
Qar kimi

Qar kimi ag geldim
Lekesiz geldim
sessizce yagmisdim yollarine men.
Men senin omrune *belke*siz geldim
Yigildin guc kimi qollarima sen…
Bitdi baxislarin negmesi,sozu
Sukut qolarinda gezdirdi bizi…
Soyuqdur qar kimi…
Ne deyim,
Duzu,-
Belke bu soyuqluq bezdirdi bizi…
Indi xatirenle yanacagam men,
Gulsen, gulusune buruneceyen
Qar kimi ovcuna yagacagam me,
Qar kimi ovcunda eriyeceyem!...
Hesretin qelbimde dinr tar kimi
Negmeler denizdir,vusalin qayiq.
Sen de,ay sevgilim,
Getdin qar kimi
Qayitsan,qar kimi lekeisz qayit


Seve seve ayrilaq


Biz xosbext olmadiq sevenler kimi
Indi son bahartek sizlar qelbimiz.
Belke bu dunyaya gelmisik gulum
Artiraq dunyanin hesterini biz

Tene de,giley de daha ebesdir,
Bu sirli royadan ayrilaq gerek.
Ya sen gecikmisen ya men telesdim,
Indi seve-seve ayrilaq gerek.

Konul gizli –gizli yanacaq indi,
Bir damla goz yasin denizdir mene.
Bize xatireler qalacaq indi,
Senin xatiren de ezizdir mene….

Bilirem.bu hesret uzecek seni,
Calis kolge kimi surunmeyesen.
Gozlerim her zaman gezecek seni,
Calis, gozlerime gorunmeyesen


Qar kimi


Qar kimi ag geldim
Lekesiz geldim
sessizce yagmisdim yollarine men.
Men senin omrune *belke*siz geldim
Yigildin guc kimi qollarima sen…
Bitdi baxislarin negmesi,sozu
Sukut qolarinda gezdirdi bizi…
Soyuqdur qar kimi…
Ne deyim,
Duzu,-
Belke bu soyuqluq bezdirdi bizi…
Indi xatirenle yanacagam men,
Gulsen, gulusune buruneceyen
Qar kimi ovcuna yagacagam me,
Qar kimi ovcunda eriyeceyem!...
Hesretin qelbimde dinr tar kimi
Negmeler denizdir,vusalin qayiq.
Sen de,ay sevgilim,
Getdin qar kimi
Qayitsan,qar kimi lekeisz qayit



Sen gerek…


Sen gerek ozunu tanitmayaydin,
Mene bu uzunu tanitmayaydin.
Yene de heyati senden umaydim,
Ele bileyidim ki dunyada teksen.

Illerin omrumden apardigini
Ele bileydim ki getireceksen
Bahar gozleyiridim,
Yene de qisdi,
Bir arzu bir umid oldurmekdense
Aldana-aldana yasamaq xosdu.
Sen gerek ozunu tanitmayaydin…

Sene baxa baxa senin uzunde
Gorunur ozgenisevmisem onda
Her titrek sozumu senin gozunde
Yeqin ozgesine demisem onda

Hissin xumarindayumub gozunu
Onda mehebbetin yuxulu imis.
Sonradan oyanib,
Onda bilib ki,
Suyun lal axini qorxulu imis
Sen gerek ozunu tanitmayaydin.
Sen gerek ozunu tanitmayaydin.
Omur de belece kecib gedeydi.
Sen deme,marala atdigim gulle
Maral derisinde tulkuye deydi…
Sadelovh qelbimden,mehebbetimden,
Kecdiyim yollardan utaniram men,
Yuxulu gozumden agrilar kecir,
Yanimdan sevgisi dogrular kecir,
Senden yox,
Onlardan utaniram men…
Sen gerek ozunu tanitmayaydin,
Mene bu uzunu tanitmayaydin
1979


Daha nağıllara inanmıram mən

Çapıb öz atını Ağ atlı getdi,
Atları şimşəkdən qanadlı getdi,
Uşaq yaddaşımı qanatdı getdi,
Daha nağıllara inanmıram mən.

Nənəmin inamı, dərdi nağıllar
Namərdə aldatdı mərdi nağıllar,
Bizi yuxulara verdi nağıllar,
Daha nağıllara inanmıram mən

Uşaq ovutmağa bir noğul idi,
Sözlərdə yaşayan bir ağıl idi,
Yaxşı adamlar da bir nağıl idi,
Daha nağıllara inanmıram mən

“Sim Sim” i sözlə yox zorla açdılar,
Tilsimi min cürə yolla açdılar,
Him – cimi möhürlü qolla açdılar,
Daha nağıllara inanmıram mən

Fatmalar ayağı kəndirdə qalmır,
Xəmrimiz küt gedir, təndirdə qalmır,
Qarğalar tülküyə daha aldanmır,
Daha nağıllara inanmıram mən

Acı həqiqətlər bal dadır indi,
Arısı olmayan bal satır indi,
Keçəli saçlılar aldadır indi,
Daha nağıllara inanmıram mən

Elə yuxularda atlar kişnədi,
Divləri qazana saldım, bişmədi.
Gözlədim, göylərdən alma düşmədi.
Daha nağıllara inanmıram mən!...


BIRI VARDI, BIRI YOX...


Olan olub gecen gecib belke de
Indi daha kovrelmeyin yeri yox
Omrum boyu bele gelib menimki
Evvelinden biri vardi, biri yox

Uzagdaydi men isteyen ocaglar
Ureyimden gelib kecti sazaglar
Ataliydi, analiydi usaglar
Bizim evde biri vardi, biri yox

Gozlerime doldurmusam yagisi
Bir koynekde cixarmisam men qisi
Salvar-pencek geyinirdi tay-tusum
Mende ise biri vardi biri yox

Gelbim yandi ilk sevgimden esgimden
Dara dusdum el ummadim hec kimden
Meclislerde can deyib can esiden
Dostlarimin biri vardi biri yox

Uzum guldu telebeyem deyende
Sixilirdim dost penceyi geyende
Muellimle dil tapa bilmeyende
Giymetimin biri vardi, biri yox

Men orduya neler gorub getmisdim
Urek alib urek girib getmisdim
Iki giza konul verib getmisdim
Gayidanda biri vardi biri yox

Uzag gezdi emi, dayi, bibiler
Soz arasi mene evlen dediler
Nisan ucun iki sey istediler
Mende ise biri vardi biri yox

Vaxt gelecek bu gunu goreceksen
Cox suala gozunu doyeceksen
Vaxt gelicek sen ozun deyeceksen
Deyeceksen, biri vardi, biri yox.


SEN DEME TEZEDEN SEVMEK OLARMIS


Sen deme tezeden sevmek olarmis
Tale de tezeden gule bilermis.
Kusub gozu yasli geden mehebbet
Pesiman-pesiman done bilermis

Urek bulud kimi bosalirsa da
Demek bulud kimi, tezeden dolur
Sonuncu splesi titreyen samdan
Ayri bir sami da yandirmaq olur

Sen deme tezeden sevmek olarmis
Kohne yaralari vaxt, zaman silir
Kesilen budaqla olen agaclar
Teze pohrelerle dirile bilir

Aglaya-aglaya dunyaya gelib,
Biz ana suduyle gulmemisikmi?!
Her axsam sapsari batan gunesi
Her seher tezeter gormemisikmi?1

Sen deme tezeden sevmek olarmis
Sevgi furset deyil qus kimi uca
Ne de kolgedir ki, qacasan qova
Ya da sen qovasan, o senden qaca

Cixarsan qelbinden oten sevginin,
Bir gun de tenhaliq sixacaq seni
Kimese etdiyin yaxsiliq kimi
Mehebbet qarsina cixacaq senin

Ilk sevgi yuvadan dusen quscugaz,
Korpe qanadlari pohrelenmeyib.
Mecnunun ahiyla ucan mehebbet
Min hiyle eliyle yere enmeyib...

Men ki, gormemisem sevgini susan
Mehebbet zirvede beslenen qarmis
Kim deyir, bir defe sevilir insan,
Sen deme her zaman sevmek olarmis.

P.S.
Əladı, amma Puşkin də deyir ki:

Sorma neyçün getdi o həmdəm, o dəm
Neyçün soyumuşam məhəbətdən mən
Heş kimə əzizim deyə bilmirəm,
Sevən sevə bilmez bir də yenidən.

kimə inanaq?....


İRADƏSİZLİK


Zeng etmeyecem sene,
Evvel telefon nomresini unudacagam,
sonra seni.
Barmaqlarimin yaddasindan sileceyem sachlarinin yumshaqligini.
Gelmeyeceyem size teref;
behane edeceyem yollarin uzaqligini..
Qovacagam yaddashimdan
xirmandan serche qovan kimi
saridimdik xatirelerini.
Qerezli arzulartek ureyimde bosh qoyacagam yerini.

Zeng etmeyecem sene.
Eli qoynunda qalacaq lal telefonun,
shushe gozlerinden kederli reqemler boylanacaq sene.
Kederle baxacaqsan sukutun hedesine.
Her gece yuxulu gozlerinde birgunluk umid olecek;
yuxuna qorxulu shubheler tokulecek,
balincin qarisi ushuyecek...
Zeng etmeyecem sene?
Boshaldi cibimin 2 qepiklik yuku.
Avtomat telefonlarin azalacaq bir sakini,
Iki yeri bosh qalacaq arxa sirasinda kinoteatrlarin,
adini tapmayacaqsan arasinda yeni yazdigim setirlerin.
...bu gunun de sensiz axhsami geldi...,
evdesenmi goresen?
Telefonun yanindami dayanmisan yene sen?
Sesim isidermi otaginizi?
Menden yeni qeybetler edibmi qonshu qizi?!
Boylanirsanmi yene menim geldiyim yola?...
Yordu "belke"ler meni,
- xaloglu, belke 2 qepiyin ola?!...


BU, SEN DEYILSEN...


Qayidib gelibsen gozleri yashli,
Deyirsen, bir daha kusen deyilsen.
Hani o vuqarin, o saymazligin;
Yox, bu sen deyilsen, bu sen deyilsen.

Deyirsen vaxt kechir, zaman gozlemir,
Dilin dediyini ureyin demir.
Bu yalvaran gozel sene benzemir,
Yox, bu sen deyilsen, bu sen deyilsen.

Deyirsen kusenler barishar yene,
Ne tez boyun eydin besh gunluk qeme?
Ozunden raziliq yarashir sene,
Yox, bu sen deyilsen, bu sen deyilsen.

Derdlisen, derdini get danish suya,
El achma, alchalma men veren paya,
Ele bil dilenchi gelib qapiya,
Yox, bu sen deyilsen, bu sen deyilsen.


Arzudan o yana...


Əllərin əlimə dəyməyəydi kaş,
Saçların üzümə toxunmayaydı.
Gərək, əvvəlki tək sən, ürəyi daş,
Elə əvvəlki tək saymaz olaydın...

Bu istilik hardan, san ki, buz idin,
Qəlbimdən sən niyə ovcuma düşdün...
Sən, mənə əlçatmaz bir ulduz idin,
Göylərdən qolumun üstünə düşdün.

Bu da vüsal günü... Yox sevinmirəm,
İndi darıxıram, bəs nələr üçün?
Mənmi bu zirvəyə çıxdım, bilmirəm,
Yoxsa sən darıxdın dərələr üçün...

Dünənə yol yoxdur zaman apardı,
Təəssüf zamana çatarmı görən?
Daha sənə gələn yollar qurtardı,
Arzudan o yana yol varmı deyə.

Ötən günlərimə bir ümman dedim,
Boşalıb ürəyim, dolmur ki, dolmur.
Sahilə çatmışam, haraya gedim?
Dənizə məqsədsiz qayıtmaq olmur...


Sag eliniz sevenlerin basina…

Cil ciraqla bezenibdi toyunuz,
Nur cilenib torpagina dasina
Bir quyudan alinibdi suyunuz,
Sag eliniz sevenlerin basina,
Qedri qiymet bilenlerin basina.

Darixmayin xanim ana.bey ata.
Sag eliniz analarin absina
Sag eliniz atalarin basina.

Nur tokulur xala,bibi uzunden,
Alov yagir emi,dayi gozunden,
Sevincinden baci gedib ozunden,
Sag eliniz bacilarin absina,
Nece nece dostun yarin basina..

Gor bu toyda nece emi dayi var,
Bu duyunde her qohumun payi var,
Hele nece qardas0baci toyu var
Qag eliniz qardaslarin basina,
Sag eliniz sirdaslarin basina

Noyabr 1995


Bir sevda aglayir icimde menim

Meni unutmagin inadin kimi
Ilk sevgi agrisi feryadin kimi
Lap oz adin kimi soyadin kimi
Bir sevda aglayir icimde menim

Gel dedim, koksume yarali dusdu,
El acdim, ellerim arali dusdu,
Ona bu ag dunya qarali dusdu,
Bir sevda aglayir icimde menim.

Qedri bilnimedi, omru qirildi,
Hesret boyun bukdu, hicran yoruldu,
O her gun incidi, her gun vuruldu,
Bir sevda aglayir icimde menim.

Min gul solduranlar, min gul derdiler,
Yungul cicekleri yungul derdiler,
Men urek acanda baxib gorduler,
Bir sevda aglayir icimde menim

Duneni bukulu xatiresine,
Vurgundur bu gunu xatiresine,
Qisilib murgulu xatiresine,
Bir sevda aglayir icimde menim.

Bacara bilmedim ozum-ozumle,
Dil tapa bilmedi isim sozumle,
Menim feryadimla, menim gozumle,
Bir sevda aglayir icimde menim.

Menem das dasiyan o mehebbete,
Itmis qas-dasiyam o mehebbete,
Ozum bas dasiyam o mehebbete,
Bir sevda aglayir icimde menim.

Gec oldu qedrini men bilende de,
Sevinci yasayib, qem bolende de,
Uzume baxmayin, men gulende de
Bir sevda aglayir icimde menim...


Allahdan isteyim


Diz cokub qarsinda dua edirem.
Ucalardan uca bilirem seni.
Saxla oz yaninda ruhumu,Allah,
Bir de bu dunyaya getirme meni.

Sirli royalarim dagilacaqsa,
Arzum gozlerimde bogulacaqsa,
Ezabim menimle dogulacaqsa,
Bir de bu dunyaya getirme meni

Namerdi merdinden cox olacaqsa,
Alim ac,gedalar tox olacaqsa.
Yaranmislar bir gun yox olacaqsa
Bir de bu dunyaya getirme meni

Bu yalan dunyanin ters aynasi var,
Sevince benzeyen cox belasi var
Tekrar gormeyimin ne menasi var?
Bir de bu dunyaya getirme meni

Gordum bu dunyani,quru qefesdir,
Sen bize verdiyin ibretli dersdir.
Bir defe pesiman olmusam,Besdir!
Bir de bu dunyaya getirme meni


INANMA, EZIZIM,INAN, EZIZIM

Deseler onu da eyilen gorduk,
Dunen dediyini bu gun danirdi.
Deseler yaxshica dersini veerdik,
Gulub uzumuze yaltaqlanirdi
Inanma,ezizim...
Inanma buna.

Bir sinmish agacin onunde cokub,
Deseler budagi baglayirdi o.
Birsolmush ciceyi min defe opub,
Lap ushaqdan beter aglayirdi o,
Sen inan , ezizm ,
Sen inan buna.

Birinin haqqini aldilar elden,
Deseler dash kimi susub baxirdi.
Heykele donmushdu durdugu yerde,
Sesini icine qisib baxirdi.
Inanma ,ezizim,
Inanma buna.

Deseler qirdilar qol-qanadini,
Ciyninden tezeden qanadlar bitdi.
Dilenciye verib son manatini,
Deseler evine piyada getdi,
Sen inan, ezizim,
Sen inan buna.

Deseler birinin uzune gulub,
Sonra arxasinca danishdi onun.
Deseler omrunumin yere bolub,
Bashi gorushlere qarishdi onun,-
Inanma, ezizim,l
Inanma buna.

Deseler unutmur o ilk eshqini,
Ustune gul kimi bitir mezarin.
Sanki ilk goruse geetdiyi kimi
Her gun gorushune gedir mezrin;
Sen inan, ezizim,
Sen inan buna.

Deseler defn etdik dunen biz onu,
O da hami kimi yashadi,oldu.
Bilmezdikbu qeder yaxinmish yolu,
Qayidib dunyaya tezeden geldi,
Sen inan, ezizim,
Sen inan buna!...


Əgər sağ qalsaq...
(Nüsrət Kəsəmənli)

20 il sonra rastlaşsaq,
Sənin üzündə illərin lal xatirəsi,
Mənim üzümdə buna bənzər bir şey olacaq.
İki beli bükük qoca
Söykənib ağaca
illərin uzaqlığındakı
gəncliyinə boylanacaq.
Damarları çıxmış əllərimiz
İki hörümçək kimi qovuşacaq
Çırpınacağıq qocalığın torunda,
Əllərimiz ayrılacaq
iki yorğun hörümçək kimi
Yanımızdan çiçək kimi
qızlar
Çinar boylu cavanlar keçəcək
Sən məni axtarcaqsan,
Mən səni onların arasından
İşığa tutmaq istəyəcəyik
bu vədəli qaranlığımızı
Sən mənim üzümdə
Mən sənin gözündə görəcəyəm
Qat kəsmiş cavanlığımızı
Vaxt keçsin deyə
Calayacayıq sözü sözə
İçin -için ağlayacağıq
bu dişsiz gülüşümüzə

Əgər sağ qalsaq
20 il sonra rastlaşsaq
Ya küçədə, ya da bulvarda
Bizi görənlər güləcəklər acı -acı
Bir ayaq özümüzünkü,
Bir ayaq əl ağacı,
Bie ayağımız gorda
Zamanı aldadıb kinoya gedəciyik
Filmi deyil
arxa sırada oturub öpüşən
cavanları seyr edəciyik
Hərdən ekranda öpüşəcək baxışlarımız
Gözlərimizdə gölləncək
xatirə yağışlarımız

Heç bilməyəcəyik yuxu
nıə vaxt bizi aparıb,
Xidmətçinin səsinə oyanaçağıq:
-Durun, kino çoxdan qurtarıb...


YANDIR MƏKTUBLARİMİ...


Hər sətir üstündə titrəyib əlim,
Sətirlər qəlbimdən od alıbdılar
Mən sənə bir dəfə aldandım gülüm
Məktublar ömürlük aldanıbdılar

Məni xatırlama özgə ol,yad ol
Oyuncaq olmasın məktubblar barı
Ömründə bircə yol alicənab ol
Yandır xatirəmi-o məktubları

Orda ürəyimin harayı-ahı
Qəlbimin utancaq sevdası yatır
Orda vüqarımın sınma günahi
Kövrək bir nəğmənin sədası yatır

Dağılar şöhrətin dumanı çəni
Udar bir ac balıq incitək səni
Yazdığım sətirlər ac toxum kimi
bir gün göz yaşını içəcək sənin

Məktublar içində nəyim nələrim...
alovlu sətirlər gizli qəm kimi
Yandır məktubları-Xatirələrim
Yansın ...Külə dönsün qoy Kərəm kimi

Sənə ümid dolu dikilən gözlər
Yenə xatirədə dönüb qalandır
Əlim əsə-əsə yazdığım sözlər
O zaman düz idi...İndi yalandır

Həyatın özündə sınadım səni
Demə bbbbahar idim,İndisə qışam
Yaxşı ki, sonradan tanidim səni
Yaxşi ki,ömürlük aldanmamışam


Ellerin ne yaman soyuqdur gulum


Ellerin ne yaman soyuqdur gulum
Ellerin ele bil qar ciceyidir
Ay aman elinden dondu ki elim
Ellerim elimin buz elceyidir

Biz ki cenubluyuq bu soyuq hardan
Gerek kulumuzde soyuq olmasin
Gözumuz dunyada en qaynar bulaq
Gerek ellerimizde soyuq olmasin.

Oddan yoğrulmuşuq ateşik axi
Qelbimiz duyğular tonqali kimi
Yanağin ele bil alov dilimi
Ellerin bir taxta yonqari kimi

Ellerin ne yaman soyuqdur gulum
Niye bu soyuğu indi duymuşam
Bir ömrun mehebbet taleyini men
O soyuq ellere nece qiymişam

Ay uzubaharlim eli qiş sonam
Gileyim gulmeli gelmesin menim
Qorxuram sevgide soyumağinda
Elinden başlaya elinden senin
Ellerin ne yaman soyuqdur gulum
Müəllif: Nüsrət Kəsəmənli(2873)-dəfə oxunub

+ نوشته شده در  دوشنبه بیست و هفتم آذر 1391ساعت 20:16  توسط سئوگی  |